
Erməni tərəfi noyabrın 12-də Azərbaycan ordusu tərəfindəntəmas xəttinin Ağdam istiqamətində vurulan Mi-24 hücum vertolyotununheyət üzvlərinin cəsədlərini götürmək üçün Beynəlxalq Qırmızı Xaçdankömək istəyib.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cəbhə bölgəsində vurulan helikopterin pilotları ilə bağlı əlaqədar orqanlarla dialoq aparır. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsilçisi olduğu qurum noyabrın 12-də baş vermiş hadisə barədə məlumatlıdır:
“Cenevrə konvensiyalarına görə, münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirilməlidir. BQXK vertolyot pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. BQXK əlaqədar orqanlarla dialoq aparır”.
Virtualaz.org xəbər verir ki, Ermənistan MüdafiəNazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan “Azərbaycanmövqelərindən vertolyotun düşdüyü ərazinin bütün gecə boyu atəş altındasaxlanıldığını, bu üzdən cəsədləri götürməyin mümkün olmadığını”bildirib. Onun sözlərinə görə, hazırda da vertolyotun düşdüyü ərazi atəşaltında saxlanılır, həmin ərazi Azərbaycan ordusunun mövqelərinə yaxınolduğundan ermənilər vertolyotun qalıqlarına yaxınlaşa bilmir.
Qondarma “DQR müdafiə naziri” Movses Akopyan isə erməni KİV-lərinəbildirib ki, erməni tərəfi vertolyotun pilotlarının cəsədlərininqaytarılmasında vasitəçilik etmək üçün Beynəlxalq Qırmızı Xaçdan köməkistəyib. Onun sözlərinə görə, vertolyot Azərbaycan ordusunun mövqelərinəyaxın ərazidə düşüb və bu səbəbdən erməni tərəfinin cəsədləri götürməkimkanı yoxdur. Çünki qarşı tərəf ərazini atəş altında saxlayır. Məhz busəbəbdən kömək üçün Beynəlxalq Qırmızı Xaça müraciət edilib.
Beynəlxalq Qırmızı Xaçın Xankəndi missiyasından bildiriblər ki,erməni tərəfinin bu müraciəti əsasında vasitəçiliyə başlamağa hazırdır.
Ermənistan müdafiə nazirinin müavini David Tonoyan isə bu günhökumətin iclasında iştirakından sonra jurnalistlərin vertolyotla bağlısuallarına cavab verməkdən imtina edib. “Bu insidentlə bağlı lazımsızfərziyyələrə əsas yoxdur” deyə Tonoyan əsəbi şəkildə jurnalistlərdənuzaqlaşıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Mi-24 vertolyotununAzərbaycan ordusunun hərbçiləri tərəfindən vurulma anını əks etdirənvideokadrlarla tanış olub və iddia edir ki, bu kadrlar rəsmi Bakınınəvvəl verdiyi bəyanatı təkzib edir. Artsurun Ovanisyan deyir ki,kadrlardan vertolyotun Azərbaycan mövqelərinə hücum etmədiyi,“təlim-məşq uçuşları keçirdiyi” görünür. Həmçinin vertolyot təmasxəttini keçməyib.
Göründüyü kimi vertolyotun Azərbaycan ordusunun ön xəttə yerləşəndöyüş mövqeləri üzərində alçaqdan uçaraq dəfələrlə manevr etdiyini açıqşəkildə göstərən kadrlar da erməni tərəfinin həyasız israrlarınıdayandırmağa kömək etməyib. Əgər Ermənistan ordusunun iki Mi-24 hücumvertolyotundan ibarət döyüş cütlüyü Azərbaycan ordusunun mövqelərinəbirbaşa hücum etməsə belə açıq-aşkar ordumuzun mövqeləri üzərindəmanevrlər edir. Düşmən vertolyotları bilavasitə Azərbaycan ordusununpostunun üzərində uçur, hədələyici manevrlər edir və belə vəziyyətdəvertolyotların vurulmaması hərbi nöqteyi-nəzərdən heç cür izahediləbilənolmazdı. Hərbi qaynaqlar bildirir ki, erməni tərəfi indiyə qədər dəişğal altındakı ərazilərdə keçirdikləri təlimlərdə vertolyotlardanistifadə edib, lakin düşmən vertolyotları həmişə təmas xəttindən xeyliaralıda uçurdu. Görünür Ermənistan son günlər keçirdiyi irimiqyaslıtəlimlər çərçivəsində Azərbaycan tərəfinə psixoloji təsir göstərməyəümid edərək vertolyotların təmas xətti boyu manevrlərinə cəsarət edib vəlayiqli cavabını alıb.
Qaynar.info