Azəbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən separatşılar "orduda”ya döyüşçülər cəlb etmək üçün pullu xidmət elan ediblər.
Bu barədə özünü separatçıların "baş naziri"nin mətbuat katibi adlandıran Artak Beqlaryan açıqlama verib.
O deyib ki, "hökumət” könüllülərə gündə 5000 dram (10.4 dollar) ödəyəcək.
Bu pulu ilk növbədə işləməyənlərə, əvvəl dövlət idarələrində işləyib az əmək haqqı alanlara verəcəklər. Ödənişlər barədə qərar mayın 31-də könüllülərin iclasında qəbul edilib.
Qaynarinfo.az