Xəbər lenti

Ermənilər Əsgəran və Xankəndindən qaçır - KÜTLƏVİ QARŞIDURMA
Ölkə07:06 05.04.2016

Ermənilər Əsgəran və Xankəndindən qaçır - KÜTLƏVİ QARŞIDURMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əsgəran rayonunda yaşayan ermənilərlə polis qüvvələri arasında toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralıların olduğu bildirilir.
 
Lent.az-ın məlumatına görə, bu barədə məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb. Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib.
O da bildirilir ki, hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və camaata rayonu tərk eləməyə icazə verilmir. 
Qaynar.info