Xəbər lenti

Ermənilər Füzulinin 2 kəndinə raket atdı
Ölkə13:37 14.10.2020

Ermənilər Füzulinin 2 kəndinə raket atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələri növbəti təxribatı törədərək Füzuli rayonu ərazisinə 2 raket atıb.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının məlumatına görə, mülki əhaliyə yönəlmiş raketlər rayonun 2 kəndində əkin sahələrinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gətirib.
​Döyüşlərin başladığı ilk gündən Ermənistan ordusu tərəfindən təxribata məruz qalan kənd sakinləri bildiriblər ki, düşmənin atdığı mərmilər onları qorxutmur. Əhali arasında yüksək əhvali-ruhiyyə var.
Qeyd edək ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu ərazisinə atdığı mərmilər nəticəsində xeyli sayda yaşayış evi dağılaraq yararsız hala düşüb.