Xəbər lenti

Ermənilər gecə atəşə başladı
Ölkə19:45 08.07.2015

Ermənilər gecə atəşə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələri cəbhəyanı kəndləri və yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, qarşı tərəf gecə saatlarında Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı və Qaradağlı kəndlərini güləbaran edib.
Atılan güllələrdən bir neçəsi kənd sakini Mübariz Həsənova məxsus evin qapısına və avtomobilinə dəyib. Avtomobilin ön hissəsinə dəyən güllə səkərək şüşəni zədələyib.
Atışma zamanı Mübariz Həsənovun həyat yoldaşı və uşaqları evdə olub. Xöşbəxtlikdən xəsarət alan olmayıb. Kənd sakinlərinin sözlərinə görə, erməni silahlı birləşmələri son iki gün ərazində əsasən gecə saatlarında kəndi atəşə tutur.










Qaynar.info