Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur. Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə kəndin icra nümayəndəsi Abbas Allahverdiyev məlumat verib.
Abbas Allahverdiyev bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib: “Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır. Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Buna baxmayaraq sakinlər arasında panika, təşviş yaşanmır”.
Qaynar.info