Xəbər lenti

Ermənilər iki əsgərimizi yaraladı
Ölkə05:36 04.07.2014

Ermənilər iki əsgərimizi yaraladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində, 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.
 
İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

Qaynar.info