Xəbər lenti

Ermənilər Mingəçevirə raketlər atdı, Bərdədə məhv edildi (FOTOLAR)
Ölkə11:44 09.10.2020

Ermənilər Mingəçevirə raketlər atdı, Bərdədə məhv edildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhədə şiddətli döyüşlər davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən terror əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisini hədəfə alır, sakinləri raketlərlə atəşə tutur.
Oktyabrın 9-u günorta saatlarında düşmən Bərdə və Mingəçevir şəhərlərinə raketlərlə atəş açıb. Düşmənin atdığı raketlər Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edilib. Raketlərin qalıqları Bərdə rayonunun Həsənqaya kəndinə düşüb. Nəticədə 3 inək tələf olub, 2-si isə yaralanıb.
Hazırda döyüşlər davam edir.