Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.
Bu barədə Qaynarinfo.az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.
Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.
Qaynarinfo.az