
10 oktyabrda Ermənistan Müdafiə Nazirliyi Qarabağ münaqişəsi bölgəsindəki döyüşlər zamanı "Dağlıq Qarabağ Respublikası” ordusunun daha 28 hərbçisinin öldüyünü elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Ermənistan hərbi idarəsinin rəsmi nümayəndəsi Artsrun Ovannisyana istinadən məlumat verib.
Onun sözlərinə görə, bu hərbçilər "Azərbaycan təcavüzünü dəf edərkən" ölüblər.
Xatırladaq ki, 10 oktyabrda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlar çərçivəsində Bakı və İrəvan 10 oktyabr şənbə günü saat 12:00-dan etibarən Qarabağda döyüş bölgəsində atəşkəs barədə razılığa gəlib.
Sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutmuş Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərinə cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Əməliyyat uğurla davam edir.