Xəbər lenti

Ermənilər qəbiristanlığa gedənləri atəşə tutdu - Duman onları xilas etdi
Ölkə11:35 10.03.2016

Ermənilər qəbiristanlığa gedənləri atəşə tutdu - Duman onları xilas etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan ordusu yenidən atəşkəsi pozub.

AzNews.az xəbər verir ki, qəbiristanlığa gedən ağdamlılar atəşə tutulublar. Hadisə cəbhə xəttinə yaxın olan Mirəşelli kənd qəbristanlığında yaşanıb. Bayramqabağı doğmalarını ziyarətə gedən insanlar ermənilər tərəfindən intensiv atəşə məruz qalıblar. 

Havanın dumanlı olması səbəbindən qəbiristanlığa gedənlər arasında ölən və yaralanan olmayıb.