Xəbər lenti

Ermənilər qəbirlərimizi atəşə tutdular - VİDEO + FOTO
Ölkə12:25 29.02.2016

Ermənilər qəbirlərimizi atəşə tutdular - VİDEO + FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Düşmən ölülərimizi də rahat buraxmır.

"Bu qəbir anamın qəbridir"

Tərtər rayonunun Qapanlı kənd qəbiristanlığı mütəmadi olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulur. Bir neçə ay öncə qəbiristanlığın minaatanların hədəfinə tuş gəlməsi nəticəsində mərmilərdən biri məzar daşını zədələyib.

"Bu qəbir mənim anamın qəbridir. Mart ayının 9-da rəhmətə getmişdi. Biz bu baş daşını qurandan bir neçə gün sonra, mənfur ermənilərin "minamyot"dan açdığı atəş nəticəsində bu gördüyünüz vəziyyətə düşüb. Həmin gün bu əraziyə 3 mərmi düşüb. İkisi giriş qapısına yaxın məsafədə düşüb. Biri isə bura düşüb", - deyə rayon sakini Lətif Həmidov bildirib. 

İndi Qapanlı kənd sakinlərinin əsas məqsədi düşmən gülləsinin dəlib keçdiyi yerləri qoruyub saxlamaqdır. Onlar bunun gələcəkdə ermənilərin sakinləri atəşə tutmağına əyani sübut olacağını deyirlər. 

Bildirək ki, məzar daşları ilə yanaşı sakinlərin evləri də tez-tez düşmən gülləsinə hədəf olur. (Region TV)

Qaynar.info