Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.
Qaynar.info MN-in saytına istinadən bildirir ki, hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən, xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.
Qaynar.info