Xəbər lenti

"Ermənilər sanki cəsədlərdən qisas alırmış kimi siyasət yeridiblər" - Prezidentin köməkçisi
Ölkə16:21 06.02.2021

"Ermənilər sanki cəsədlərdən qisas alırmış kimi siyasət yeridiblər" - Prezidentin köməkçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu səfərlər bir növ faktaraşdırıcı missiya xarakterlidir. Diplomatlar öz gözləri ilə bu dağıntıları görür və öz ölkələrinə məlumat verirlər”. 
Qaynarinfo-nun xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. 
O bildirib ki, ermənilər sanki cəsədlərdən qisas alırmış kimi siyasət yeridiblər: "Bu,  vandalizmin en eybəcər formasıdır. Beynəlxalq ictimaiyyət bunu görməli, illər ərzində törədilən vəhşiliklərdən xəbərdar olmalıdır”.