Xəbər lenti

Ermənilər sərhədyanı kəndləri tərk edir - Qeqamasar meri buna görə İrəvanı ittiham edir
Ölkə07:17 03.03.2022

Ermənilər sərhədyanı kəndləri tərk edir - Qeqamasar meri buna görə İrəvanı ittiham edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnsanlar kəndləri tərk edir, dolanışığı yoxdur, bu azmış kimi hələ dövlət təhlükədə olan kəndlilərimizə də heç bir dəstək vermir”. 
Qaynarinfo xəbər verir ki, bu barədə Qeqamasasar meri Hakop Avetyan bildirib.
O qeyd edib ki, indiki vəziyyətdə sərhədyanı Kut, Sötk, Azat, Norabak kəndlərində maldarlıqla məşğl olmaq problemə çevrilib. Avetyan bunun səbəbini otlaqların böyük hissəsinin Azərbaycanın nəzarətində olması ilə izah edib:  "Sərhədyanı kəndlərdə insanlar çörək problemini heyvandarlıq və əkinçiliklə həll edirlər. Dövlət tərəfindən onlara heç bir dəstək göstərilmədiyindən sakinlər də əkinçiliklə məşğul ola bilmirlər. 
Hər il dövlət toxuma, yanacağa, gübrəyə subsidiya verir. Amma bu il nədənsə subsidiya proqramını təsdiq etməyib. Biz də ümidimizi kəsmişik. Hesab edirik ki, yaxın bir neçə gündə belə, subsidiya proqramı təsdiqlənməyəcək. İnsanlar hətta əkinçiliklə də məşğul ola bilmirlər. Kəndlərdə heç bir şərait və imkan yoxdur. Kənd sakinləri ac-susuz qalmamaq üçün Rusiyaya, bəziləri isə Abovyana, Hrazdan rayonlarına  getməyi düşünürlər. İnsanların sosial vəziyyəti sıfıra enib, çörək problemi var və sakinlər məskunlaşdıqları yerlərdən artıq köç başlayıb”.  
Hakop Avetyan əminliklə bildirib  ki, dövlət sərhəd kəndlərində yaşayan əhaliyə xüsusi münasibət göstərsəydi, onlar öz evlərini tərk etməzdilər: "Hökumət, hər halda, sərhəd icmalarına dəstək versəydi, insanlar heç olmasa bu güzəştlər üçün qalardı. 
Kəndlər  azərbaycanlıların əhatəsində olduğu üçün təhlükədədir və belə şəraitdə yaşayan insanların hökumətin dəstəyinə ehtiyacı var”.
Qeqamasar meri əhalinin evlərini tərk etməsini "böyük təhlükə” kimi görür. "Azərbaycanlılar maneəsiz bu kəndləri nəzarətə götürəcəklər. Hakimiyyət heç kimi əraziləri tərk etməkdə ittiham etməsin, əgər biz o adamların vəziyyətinə düşsək nə edəcəyik? İnsanlar övladlarının gələcəyini niyə təhlükəyə atmalıdırlar? Əgər dövlət vətəndaşı haqqında düşünmürsə, vətəndaş dövlət tərəfindən müdafiə olunduğunu görmürsə, heç vaxt belə bir dövlət haqqında düşünməyəcək”, - deyə Hakop Avetyan bildirib.
Telman