Xəbər lenti

Ermənilər Tərtərə 100-dən çox top mərmisi atıb
Ölkə14:15 08.11.2020

Ermənilər Tərtərə 100-dən çox top mərmisi atıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhədə gərgin döyüşlər davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxar qəsəbəsi və Qazyan, Hüsənli, Əskipara, Səhlabad kəndlərini atəşə tutur.
Düşmən rayon rayon ərazisinə gün ərzində ümumilikdə 110 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə dəymiş ziyan araşdırılır.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.