Xəbər lenti

Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutdu, mülki ev dağıldı (FOTOLAR)
Ölkə11:25 09.11.2020

Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutdu, mülki ev dağıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonun Əskipara kəndini artilleriya atəşinə tutub.
Kənd sakini Çingiz Rüstəmovun fərdi yaşayış evinə düşmən tərəfindən bir neçə mərmi atılıb. Nəticədə evə və evin həyətində yerləşən yardımçı tikililərə külli miqdarda ziyan dəyib, ev heyvanları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Qeyd edək ki, ermənilərin Tərtər rayonunun Əskipara kəndinə atdığı mərmilər nəticəsində ümumilikdə 80-ə yaxın evə ziyan dəyib, 20 ev tamamilə dağılıb.