Xəbər lenti

Ermənilər torpaqlarımızda hərbi təlimlərə başladı
Ölkə10:13 13.11.2013

Ermənilər torpaqlarımızda hərbi təlimlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İşğal altındakı Şahbulaq dağının ətəklərinə təlim-məşğələ məqsədilə artilleriya zərbələri endirilir


Ermənistan ordusu işğal altında olan Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatına görə, ermənilər təlimə Ağdamın işğal altındakı Uzundərə adlanan ərazidən başlayıblar.

İşğal altındakı Şahbulaq dağının ətəklərinə təlim-məşğələ məqsədilə artilleriya zərbələri endirilir. Bu dəqiqələrdə də atəş səsləri Ağdamın, Ağcabədinin və Bərdənin təmas xəttinə yaxın ərazilərində aydın eşidilir.

Qeyd edək ki, hərbi təlimlər bu saatlarda da davam edir.


Qaynar.info