İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Qaynarinfo-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
16.30
İyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
12.23
İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.