Xəbər lenti

Ermənilərdə daha bir itki - RƏSMİ
Ölkə12:50 03.08.2014

Ermənilərdə daha bir itki - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə xəttində baş verən atışma zamanı yaralanan və hospitala yerləşdirilən erməni hərbiçi dünyasını dəyişib. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib: "Sarqis Barmenoviç Movsisyan bu gün xəstəxanada öldü".

Qeyd edək ki, bir neçə saat öncə Ermənistanın baş naziri Ovik Abramyan cəbhə xəttində baş verən atışma zamanı verdikləri əsgər itkilərindən söhbət açıb. O. Abramyan jurnalistlərə açıqlamasında əsgər itkisindən çox narahat olduqlarını ifadə edib: "Hər bir əsgər itkisi bizim ölkəmiz üçün, onların ailələri və valideynləri üçün ağır faciədir. Əsgərlərimizi itirmək bizə çox ağrı verir",-deyə erməni nazir bildirib. (anspress)

Qaynar.info