Xəbər lenti

Ermənilərdən Ağcabədiyə topla hücum - VİDEO
Ölkə15:25 08.03.2015

Ermənilərdən Ağcabədiyə topla hücum - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı qüvvələri bu gün də cəbhəyanı kəndləri yüngül artilleriyadan atəşə tutublar.
ANS TV-nin məlumatına görə, erməni silahlı birləşmələri cəbhəyanı kəndləri atəşə tutmağa davam edir. Bu dəfə qarşı tərəf yüngül artilleriya silahlarından istifadə edib. Atılan mərmilərdən biri, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndinə İbrahim Şükürova məxsusu həyatyanı sahəsinə düşüb. Patlayış nəticəsində ölən və yaralanan olmayıb. Hadisə təqribən saat 15:00 radələrində baş verib. 
Kənd sakinin sözlərinə gərə, saat 15 radələrində qarşı tərəf üç dəfə yüngül artilleriyadan atəş açıb. Mərmilərin hərəsi bir tərəfə düşdü.
Qaynar.info