
Xocalı soyqırımının 21-ci ildönümü günü – fevralın 26-da ANN.Az xəbər portalına haker hücumu olub.
Axşam saatlarından başlayan hücum fevralın 27-də də davam edib.
İlkin analizlər göstərir ki, hücumları erməni hakerlər edib və Xocalı soyqırımının ildönümündə azərbaycanlı hakerlərin erməni saytlarına hücumuna cavab xarakteri daşıyıb.
Haker hücumunun məqsədi ANN.Az saytının serverini təhlükəli viruslar vasitəsi ilə dağıtmaq olub.
ANN.Az-ın proqram təminatı və server təhlükəsizliyi ilə məşğul olan olan mütəxəssislərinin bildirdiyinə görə, artıq hücumun qarşısı tam şəkildə alınıb. Saytın serverinə və arxivinə ciddi xətər toxunmayıb. Hazırda sayt iş rejimini tamamilə bərpa edib.
Bundan əlavə, fevralın 24-dən başlayaraq bu günə qədər Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin iki rəsmi saytı – www.seismology.az və www.seismology.az/journal davamlı olaraq erməni hakerlər tərəfindən davamlı hücumlara məruz qalıb.
Mərkəzdən verilən məlumata görə, bu hücumlarla bağlı RSXM-in saytlarında bəzi problemlər yaranıb. Hazırda hər iki saytda məlumatların bərpası prosesi gedir.
Qaynar.info