Xəbər lenti

Ermənilərə ağır zərbə
Ölkə12:00 16.07.2014

Ermənilərə ağır zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada erməni diasporunun ən varlı nümayəndələrindən biri Levon Ayrapetyanı həbs edib.

Anspress-in məlumatına görə, Ayrapetyan iyulun 15-də Monakodan Moskvaya gələrkən “Domodedovo” hava limanında saxlanılıb.

İş adamı FTX əməkdaşları tərəfindən Rusiya İstintaq Komitəsinə aparılıb. Yaxın vaxtlarda Moskva Məhkəməsində Ayrapetyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılacağı bildirilir.

Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar qruplaşmalardan birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Erməni milyarderin bu cinayətkar qruplaşmaya bağlılığı haqda sabiq senator İqor İzmestyev istintaqa ifadəsində bildirmişdi.

Levon Ayrapetyan dünyanın ən varlı ermənilərindən sayılır. O, qondarma erməni soyqırımının dünya miqyasında tanınması üçün milyonlar ayırıb. 

Qaynar.info