Xəbər lenti

Ermənilərə Xocalı aeroportundan istifadəyə icazə verilməyəcək
Ölkə18:04 09.02.2013

Ermənilərə Xocalı aeroportundan istifadəyə icazə verilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ziyafət Əsgərov: “Xocalı limanında baş verə biləcək hər hansı bir uçuş mütləq Azərbaycan rəsmiləri ilə razılaşdırılmalıdır”


Azərbaycan Ermənistana hava məkanını pozmasına imkan verməyəcək. Milli Məclisin vitse -spikeri Ziyafət Əsgərov bu bəyanatla çıxış edib.

Milli Məclisin vitse-spikeri bildirib ki, bununla əlaqədar həm Azərbaycanın Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi kifayət qədər bəyanat verib.

Onun sözlərinə görə, Xocalı aeroportu, Xocalı hava limanı Qarabağ ərazisində yerləşir: “Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın qanuni torpağıdır. Bu hava limanında baş verə biləcək hər hansı bir uçuş mütləq Azərbaycan rəsmiləri ilə razılaşdırılmalıdır. Belə bir razılaşma olmasa, o uçuş baş tutmayacaq” (ANS TV).

Qaynar.info