Xəbər lenti

Ermənilərin daha bir yalanı ifşa olundu
Ölkə13:49 26.10.2013

Ermənilərin daha bir yalanı ifşa olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyinin sorğusuna cavab verilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qondarma "Dağlıq Qarabağ "müstəqilliyi"nin 25 illiyi" ilə əlaqədar Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş konfransda özünü guya BMT-nin nümayəndəsi kimi təqdim edən Qeofri Roberston adlı şəxs bəyan edib ki, Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımağın vaxtı çatıb. O, iddia edib ki, guya BMT-nin Ədliyyə məsələləri üzrə idarəsinin əməkdaşıdır.

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məsələ ilə əlaqədar BMT-yə sorğu ilə müraciət edib. BMT Ədliyyə məsələləri üzrə idarəsinin icraçı direktoru Linda Teylor cavab məktubunda Q.Roberston adlı şəxsin BMT ilə əlaqəsinin olmadığını və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin BMT-yə və rəhbərlik etdiyi idarəyə aidiyyəti olmadığını bildirib.

Bu, erməni yalanının daha bir bariz nümunəsidir.

Qaynar.info