Xəbər lenti

Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alındı
Ölkə12:19 11.07.2023

Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.