Xəbər lenti

Video 21:50 24.03.2024

Ermənilərin soyqırımı törətdiyi və hələ də işğalda olan kəndin görüntüləri yayıldı (VİDEO)

Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür.

Xezerxeber.az xatırladır ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə onları öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyənləşdirilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum ediblər.

Bağanis ayrım kəndinin sakinləri deyirlər ki, səhər saatlarından hücum başlayıb. İlk olaraq kəndin erməni kəndlərinə yaxın olan evləri yandırılıb, insanlar gülləbaran edilib.  Məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar. 

Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.

Bağanis-Ayrım soyqırımi epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində axtariş elan edilib. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub.

Qeyd edək ki, Bağanis-Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilən və yandırılan kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün də Qazaxın yeddi kəndi Ermənistanın işğalı altındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->