Ermənistan silahlı qüvvələrinin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində fərdi təsərrüfatlara dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Ziyan dəyən bütün təsərrüfatlara baxış keçirilir. Nəticələrin yaxın günlərdə açıqlanacağı bildirilir. "Gəldi toplar, düşdü bzim yaşadığımız əraziyə. Evimi dağıtdı, içəridəki ərzağımızı dağıtdı. Buradan, pəncərədən televizorumuzu qırdı. Evimizi dağıtdı, tövləmizi dağıdıb. 4-5 malımızı yaraladı, qəlpələr dəydi. Qoyunumu, keçimi, atımı..." - deyə məcburi köçkün Soltan İbrahimov bildirib. //El TV(Region TV)
Qaynar.info