İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd "İqla" zenit-raket kompleksi, 1 ədəd "Muxa” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib. Silah-sursat aidiyyəti üzrə təhvil verilib.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=460" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">