Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində güllə yarası alan məktəblinin müalicəsi yekunlaşıb.
Qaynar.info APA-ya istiandən xəbər verir ki, Ağdam rayonunun Çıraqlı kənd sakini Məmmədov Coşqun Ələddin oğlu Ağdam Mərkəzi Rayon Xəstəxanasında 10 gün müalicə alıb. O, artıq evə buraxılıb.
Qeyd edək ki, fevralın 15-də C.Məmmədov əkin sahəsində çalışdığı zaman ermənilərin hədəfinə tuş gəlib. Ermənilər C.Məmmədovu qolundan və ayağından yaralayıblar.
Qaynar.info