Xəbər lenti

Ermənilərlə azərbaycanlılar arasında davaya görə 15 nəfər həbs olundu
Ölkə09:00 28.07.2020

Ermənilərlə azərbaycanlılar arasında davaya görə 15 nəfər həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla ermənilər arasında milli zəmində baş verən kütləvi dava ilə bağlı həbslər davam edir.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Moskvanın Kuzmin, Nikulin və Troitsk rayon məhkəmələri "xuliqanlıq” maddəsi ilə 15 şəxs barəsində həbs qərarı verib.
Həbsə göndərilənlər arasında həm azərbaycanlıların, həm də ermənilərin olduğu bildirilir.
Polis məlumatına görə, iyulun 24-də Moskvanın Marinyo rayonunda mağazaların, kafelərin, avtoyuma yerlərinin şüşələrinin sındırılması, personala hücum olunması ilə bağlı insidentlər qeydə alınıb.
Faktla bağlı 30-dan çox dava iştirakçısı polis bölmələrinə gətirilib.