Ölkə 15:27 12.10.2022

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutdu

Ermənistan Azərbaycan Ordusunun mühəndis texnikasını atəşə tutub.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.