Xəbər lenti

Ermənistan azərbaycanlı əsiri erməni ilə dəyişməyə hazırdır
Ölkə05:56 17.08.2013

Ermənistan azərbaycanlı əsiri erməni ilə dəyişməyə hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsir Firuz Fərəcovu Azərbaycan ərazisinə keçmiş erməni hərbçi Akop İnciqulyanla dəyişmək üçün müzakirələr hazır olduğunu bildirib.

APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bəyan edib.

 Əsirlərin dəyişdirilməsi ehtimalını dəyərləndirən Ovannisyan azərbaycanlı hərbi əsirin Azərbaycana qayıtmaq istədiyini də vurğulayıb. Qeyd edək ki, Firuz Fərəcov ötən ilin iyulunda əsir götürülüb. Bundan əvvəl erməni mətbuatı onun üçüncü ölkəgə getmək istədiyi barədə məlumat yayıb. Dünən isə erməni mətbuatı əvvəl yazdıqlarını təkzib edərək Firuz Fərəcovun Azərbaycana qayıtmaq istədiyini yazıb.  

Qaynar.info