"Paşinyan üçün qarşıdan gələn iki-üç ay böyük şansddır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev son günlər Türkiyə və Ermənistada Zəngəzur dəhlizi məsələsinin geniş müzakirə edilməsinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, dəhlizin açılması Azərbaycandan çox Ermənistana lazımdır:
"Amma vəziyyət kifayət qədər kritikdir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Türkiyənin bölgədəki mövqeyinin güclənməsi onu deməyə əsas verir ki, Azərbaycan bu və ya digər formada Ermənistanla münasibət qurmaq istəyir. Dəhlizin açılması üçün Bakı tərəfindən ciddi problem yoxdur. Sabah Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədlərin delimitasiyası ilə bağlı görüşü olacaq. Yəqin ki, görüşdə çərçivə sazişinin imzalanması məsələsi gündəmə gələcək. Bağlanacaq sülh sazişində infrastrukturun bərpası məsələsi əsk olunub”.
C.Nuriyev onu da bildirib ki, Ermənistan Rusiya ilə münasibətinin gərgin olması fonunda qışda vəziyyətlərinin ağır olacağını anlayır:
"Çünki Rusiya qışda Ermənistana verdiyi qazın qiymətini qaldıra, həm də Yuxarı Lars yolunu bağlaya bilər. Bu fonda isə Ermənistanda vəziyyət kəskinləşəcək və Paşinyanı devirəcəklər. Hazırda Ermənistan dövlət çevrilişi ərəfəsindədir. Bunu başa düşən Paşinyan təcili sülh müqaviləsinin imzalanmasına çalışır. Qərb də istəyir ki, tezliklə sülh əldə edilsin”.
Qeyd edək ki,Türkiyə mediasının yazdığına görə, bu ölkənin Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında bir sıra digər məsələlərlə yanaşı, Cənubi Qafqazda və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq Ermənistanın "Past” qəzetinin analitiki Artur Karapetyan isə yazır ki, baş nazir Nikol Paşinyan və komandası ictimaiyyətə Zəngəzur dəhlizinin açılmasının Ermənistana böyük fayda gətirəcəyini izah etməyə çalışır. Hətta yolların açılması nəticəsində Ermənistanın ümumi daxili məhsulunun qısa müddət ərzində 30 faiz artacağını bildirir.
Rüfət Sultan
Şərhlər