Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan və müdafiə nazirinin müavini Arman Sarqsyan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi və diplomatik missiyasını başa vurması ilə əlaqədar Fransanın hərbi attaşesi Kristof Elli ilə görüşüblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Arman Sarqsyan Ermənistan-Fransa müdafiə əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə Kristof Elliyə "Hərbi əməkdaşlığa görə" medalını təqdim edib.
Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini və qarşılıqlı fəaliyyət məsələlərini də müzakirə ediblər.
Bundan başqa, Ermənistanla Fransa arasında keçirilən digər görüşdə Avropa İttifaqı bazarına çıxış imkanlarının genişləndirilməsi məsələləri də müzakirə olunub.
Şərhlər