Xəbər lenti

Ermənistan idmançılarının xərcini özü ödəyəcək - 25 nəfər gəlir
Ölkə12:50 26.05.2015

Ermənistan idmançılarının xərcini özü ödəyəcək - 25 nəfər gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanı Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında 25 idmançı təmsil edəcək. 

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan məlumat verib. Onun sözlərinə görə, idmançılar taekvando, atıcılıq, sambo, cüdo, boks və yunan-roma güləşində özlərini sınayacaqlar. Rostomyan hazırda təhlükəsizlik və təşkilati işlərdə hər hansı problem olmadığını bildirib. 

O, ilk qrupun Bakıya iyunun 10-da gələcəyini deyib. Baş katib vurğulayıb ki, Azərbaycan bütün xərcləri öz üzərinə götürsə də, erməni nümayəndə heyətinin bütün xərclərini MOK-un prezidenti Qaqik Çarukyan həll edib.

Qaynar.info