Xəbər lenti

Ermənistan işğal etdiyi 2 rayonu azad edəcək - Türkiyə mediası
Ölkə12:21 28.11.2013

Ermənistan işğal etdiyi 2 rayonu azad edəcək - Türkiyə mediası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əgər Ermənistandan həmin iki rayondan çəkildiyini rəsmi olaraq elan edərsə...

Türkiyənin “Sabah” qəzeti Ermənistanın işğal olunmuş Azərbaycanın iki rayonundan çəkilməyə şifahi razılıq verməsi ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda Ankaranın xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ səfəri və baş nazir Ərdoğanın Putinlə görüşündə də gündəmə gələn Qafqazda sülhün əldə olunması üçün yeni yol xəritəsi hazırladığı qeyd olunur.

Qəzet yazır ki, Ermənistan hökuməti Azərbaycanla arasındakı xroniki problem olan Dağlıq Qarabağdakı iki rayondan çəkilməyi şifahi olaraq qəbul edib. Türkiyənin isə Ermənistandan bununla bağlı rəsmi açıqlama verməsini istəyib. Əgər Ermənistandan həmin iki rayondan çəkildiyini rəsmi olaraq elan edərsə, Davudoğlu dekabrın 12-də Qaradəniz İqtisadi Forumunda iştirak etmək üçün İrəvana səfər edəcək.

Qaynar.info