Xəbər lenti

Ermənistan MN: "4 hərbçimiz yaralanıb" (YENİLƏNİB)
Ölkə05:16 11.05.2023

Ermənistan MN: "4 hərbçimiz yaralanıb" (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərinin sayı 4-ə çatıb.
Qaynarinfo xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
09.16
Sərhəddə baş verən hərbi toqquşma zamanı Ermənistan ordusunun 3 hərbçisi yaralanıb.
Qaynarinfo "Sputnik"ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə  xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə  Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.