Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi
Ölkə13:53 06.03.2020

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan istefa verib.
"Report” "Novosti-Armeniya”ya istinadən bildirir ki, o, işdən çıxdığına dair ərizə yazdığını "Facebook” səhifəsində elan edib. 
"23 il ərzində hərbi strukturların birində xidmət etməyi arzulamışam. Silahlı qüvvələr sahəsində xidmət edəcəyimə şadam”, - deyə o yazıb.
Qeyd edək ki, Arsrun Ovannisyan 2012-ci ilin iyulunda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi təyin edilib.