Xəbər lenti

Ermənistan müxalifəti vətəndaşları küçələrə çıxmağa çağırdı
Ölkə14:18 28.07.2016

Ermənistan müxalifəti vətəndaşları küçələrə çıxmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Yerevanda post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra Ermənistanın "İrs" müxalifət partiyası ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə çıxış edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Biz bu ilin dekabr ayında növbədənkənar prezident və parlament seçkiləri hazırlayıb keçirəcək müvəqqəti hökumət yatamağı tələb edirik. Vətəndaşlarımızı küçələrə çıxıb qanunsuz hakimiyyətə qarşı mitinqlərdə iştirak etməyə çağırırıq", - partiyanın bəyanatında deyilir.

Müxalifət, həmçinin beynəlxalq ictimaiyyəti hakimiyyət tərəfindən insan hüquqlarının kütləvi pozulması hallarına reaksiya verməyə çağırıb.

Qeyd edək ki, növbəti etiraz aksiyası bu gün Yerevandakı Azadlıq meydanında yerli vaxtla saat 20:00-a planlaşdırılıb.

Qaynarinfo.Az