Xəbər lenti

Ermənistan növbəti dəfə dövlət sərhədində atəşkəs rejimini pozdu
Ölkə05:20 08.11.2020

Ermənistan növbəti dəfə dövlət sərhədində atəşkəs rejimini pozdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə Qaynarinfo-ya Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.