Ermənistan ordusunun əsgəri Artur Qasparyan müəmmalı şəkildə ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
1998-ci ildə anadan olmuş Artur Qasparyan başından aldığı güllə yarasından ölüb. Lakin nazirlik əsgərin harada öldüyünü açıqlamayıb.