"Əgər anklavlar məsələsinin hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, bu mövzu Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədr müavini Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr mövcuddur.
"Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir”, - Arşakyan vurğulayıb.