Xəbər lenti

Ermənistan prezidentlərinin hər biri Qarabağ separatçılarına nə qədər maliyyə ayırıb? (STATİSTİKA)
Ölkə09:05 02.06.2022

Ermənistan prezidentlərinin hər biri Qarabağ separatçılarına nə qədər maliyyə ayırıb? (STATİSTİKA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
30 il işğal altında olan Qarabağdakı qondarma rejimə Ermənistan hakimiyyətinin illərlə ayırdığı maliyyə dəstəyinin məbləği müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, 2002-ci ilə qədər - Levon Ter-Petrosyanın hakimiyyəti illərində Ermənistan hökumətinin qondarma rejimə ayırdığı vəsait 10-20 milyard dram arasında dəyişib. 
2002-2008-ci illərdə isə bu məbləğ 20-30 milyard dram təşkil edib. 
2015-ci ilin ikinci rübündə Serj Sarkisyan Ermənistanın prezidenti olduğu dövürdə dövlət büdcəsindən qondarma rejimə 20 milyon dollar (9,4 milyard dram) kredit ayrıb.
2016-cı ildə isə Ermənistan hökumətinin ayırdığı yardımın məbləği 50,6 milyard dram təşkil edib. 2017-ci ildə bu rəqəm 47,4 milyard dram, 2018-ci ildə inqilabi hökumətin ilk ilində 51,4 milyard dram, 2019-cu ildə 57,9 milyard dram, 2020-ci ildə 75,1 milyard dram, 2021-ci ildə isə 128 milyard dram ayrılıb. Bununla belə, qeyd etmək lazımdır ki, 2020-ci ilə qədər qondarma rejimi ABŞ-dan kifayət qədər ciddi maliyyə yardımı alırdı.
Amerika Erməni Milli Komitəsinin məlumatına görə, 1998-2010-cu illərdə Konqres qondarma rejimə 61 milyon dollar maliyyə yardımı göstərib. 2000-2002-ci illərdə isə 10 milyon dollar yardım gəlib. Yəni Ermənistan hökumətinin verdiyi pula ABŞ-dan verilən yardım da əlavə olunmalıdır.
2021-ci ildə Qarabağdakı qondarma rejimə 120 milyard dram (təxminən 253 milyon dollar) ayrılıb, 2022-ci ildə isə 144 milyard dram ayrılacağı planlaşdırılıb.
Ermənistan hökumətinin ayırdığı vəsaitin artırılması təbii ki, müharibədən sonra Qarabağda yaranmış ağır sosial-iqtisadi vəziyyətlə bağlıdır. Eyni zamanda, qondarma rejimin Ermənistandan maliyyə asılılığı daha da artıb. 
İnqilabdan sonrakı, lakin müharibədən əvvəlki illəri əvvəlki onilliklərlə müqayisə etsək, məlum olur ki, əslində Ermənistan hökumətinin verdiyi maliyyə yardımlarının həcmində misli görünməmiş artım qeydə alınmayıb. 
Ayrılan məbləğlər maaşların və təqaüdlərin ödənməsinə, uşaqlar üçün maddi yardıma, kənd icmalarına dotasiya paylanmasına və əhalinin qaz, elektrik və rabitə xərclərinin ödənilməsi üçün kompensasiya kimi verilib.
Telman