Xəbər lenti

Ermənistan Rusiyadan aldığı texnikanı Azərbaycanla sərhədə göndərəcək
Ölkə13:00 02.07.2015

Ermənistan Rusiyadan aldığı texnikanı Azərbaycanla sərhədə göndərəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni tərəfinə dövlət ixrac kreditinin verilməsi haqqında Ermənistan-Rusiya hökumətlərarası sazişi çərçivəsində alınmış hərbi texnika erməni-Azərbaycan sərhədlərində silahlanmanı yaxşılaşdırmağa imkan verəcək.

Oxu.az "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində iyulun 2-də erməni müdafiə nazirinin müavini Ara Nazaryan “Daşnaksütyun” parlament fraksiyasının deputatı Artsvik Minasyanın alınan hərbi texnikanın erməni-Azərbaycan sərhədində müdafiəni gücləndirməyə imkan verib-verməyəcəyi barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, Rusiya Ermənistana öz istehsalı olan hərbi məhsulların tədarükünün maliyyələşdirilməsi üçün 200 mln. dollar məbləğində dövlət ixrac krediti ayırıb.

Qaynar.info