Xəbər lenti

Ermənistan tarixinin ən ağır məğlubiyyətini aldı
İdman04:51 30.03.2022

Ermənistan tarixinin ən ağır məğlubiyyətini aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Norveç yığması Ermənistan yığması ilə Osloda keçirilən yoldaşlıq görüşündə 9:0 hesabı ilə qələbə qazanıb.
Qaynarinfo-nun məlumatına görə, oyunda qollardan üçünü Coşua Kinq (28-ci dəqiqə, penalti, 33, 59), ikisini Erlinq Holand (24, 45+1), ikisini Aleksandr Serlot (86, 90+1), birini Kristian Torstvedt (30), birini isə Mats Deli (80) vurublar.
Ermənistan komandası üçün bu məğlubiyyət tarixinin ən böyük hesablı məğlubiyyəti olub. Bundan əvvəlki ən böyük hesablı məğlubiyyət 2019-cu ilin noyabrında İtaliya ilə oyunda qeydə alınan 1-9 hesablı məğlubiyyət hesab olunurdu.