Xəbər lenti

Ermənistan tərəfindən törədilən təxribatlar xarici mətbuatda
Ölkə06:51 05.04.2016

Ermənistan tərəfindən törədilən təxribatlar xarici mətbuatda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Acaristan Muxtar Respublikasinin nüfuzlu “Adjara P.S.”qəzetində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatları ilə bağlı cıxışı gürcü dilində tərcümə olunaraq ictimaiyyətin diqqətinə catdırılıb.

Həmcinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cəbhədə yaranmış son gərginliklə əlaqədar bəyanati “Adjara P.S.”qəzetində yayımlanmışdır.

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov “Adjara P.S.”qəzetinə geniş müsahibə vermışdır. Musahibədə,BMT-nin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistan ordusunun cəbhə xəttində Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi təxribatlar pislənilib, erməni silahlı birləşmələrinin atəşkəs prinsiplərinə əməl etməməsi qınanılıb. 

Həmçinin, dünya ictimaiyyəti və beynəlxalq qurumlar baş verən hadisələrə biganə qalmamağa, Ermənistan dövlətinin apardığı təcavüzkarlıq siyasətinə son qoymaq üçün tədbirlər görməyə çağırılıb.

Yazılar barədə ətraflı məlumatı link vasitəsi ilə əldə edə bilərsiniz.

Qaynar.info