Xəbər lenti

Ermənistan Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq proqramları imzaladı
Ölkə19:34 18.12.2023

Ermənistan Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq proqramları imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq haqqında sazişlər imzalayıb.
İmzalanma mərasimi İrəvanda, Ermənistanın Müdafiə Naziriliyində baş tutub.
Ölkə mediasının məlumatına görə, qurumun divarları arasında müdafiə sahəsində ikitərəfli və üçtərəfli məsləhətləşmələr keçirilib. Sonda müdafiə nazirliklərinin nümayəndələri birgə əməkdaşlıq sahəsində proqramlara imza atıblar.
Sənədlərə müvafiq olaraq, tərəflər müdafiə sahəsində onlarla birgə tədbir keçirəcək.