Xəbər lenti

Ermənistana sığınan azərbaycanlı ailədən xəbər var
Ölkə07:26 02.02.2014

Ermənistana sığınan azərbaycanlı ailədən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İrəvan ofisi yanvarın 29-da erməni-gürcü sərhədinin “Baqrataşen” məntəqəsində Ermənistandan siyasi sığınacaq istəyərək düşmən ölkəyə keçmiş azərbaycanlı ailə haqda məlumatlıdır. 

Musavat.com-un erməni mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə ofisin xarici əlaqələr üzrə məsul şəxsi Anait Ayrapetyan açıqlama verib.

Onun sözlərinə görə, ofis ailəni ölkədən çıxarmadığı, həmçinin alternativ ölçü götürməyə üstünlük verdiyi üçün Ermənistan hökumətinin qərarını alqışlayıb. O, həmçinin ümid etdiyini bildirib ki, proses beynəlxalq normalar və ölkənin qanunvericiliyinə uyğun surətdə gedəcək. 

Xatırladaq ki, ailənin başçısı, 1976-cı il təvəllüdlü Cavid Orucov erməni əsilli həyat yoldaşı Raya Mirzoyeva (1983) və 3 uşağı ilə birgə Ermənistandan siyasi sığınacaq istəyib. Onun iddiasına görə, Azərbaycan  hökuməti onu xanımı erməni millətindən olduğu üçün daim təqib edib. Lakin bu iddianı Azərbaycanda ciddi saymırlar. Ən azı ona görə ki, elə təkcə Bakıda minlərlə belə qarışıq ailə yaşayır.  

 musavat.com