
"Artıq Azərbaycan əsgərləri də "nida” deyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Azərbaycan əsgərlərinin cəbhə bölgəsində uğurlarından danışarkən deyib. Onun sözlərinə görə, əsgərlər azad olunmuş ərazilərə Azərbaycan bayrağını sancırlar:
"Qələbəyə doğru gedirik. Əsgərlərimiz hər gun yeni uğurlu əməliyyat həyata keçirirlər. Müdafiə Nazirliyi hər gün cəbhə bölgəsindən məlumatlar yayır. Artıq Azərbaycan əsgərləri də "nida” deyir, azad olunmuş ərazilərə bayraqlarını sancırlar. Ermənistanda aləm bir-birinə qarışıb, insanlar panikaya düşüb”.
Aqil Abbas bildirib ki, bu gün Milli Məclisin iclası olduğundan cəbhə bölgəsinə gedə bilməyib:
"Hər gun bölgələrlə əlaqə saxlayıram. Düşmənə ağır zərbələr vurulur”.
Bahar Rüstəmli